Вторник, 19.03.2024, 11:22Главная | Регистрация | Вход

Форма входа

Nenenin Dedikleri

Ənvər Balayev

Наш опрос

Оцените мой сайт
Всего ответов: 161

Мини-чат

200

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Ismayilli Tarixi
 
Ismayıllı şəhərinin tarixi və coğrafiyası haqqında məlumat.
Ismayıllı rayonu Azərbaycan respublikasının şimali-şərq hissəsində 48*.10¢ şimal enliyində və 40* 45¢ şərq uzunluğunda yerləşir .Bu ərazi şimaldan Quba r/n ,şərqdən Samaxı r/n , cənubi- şərqdən Ağsu r/n , cənubdan Kürdəmir ,Göyçay r/n, və qərbdən Qəbələ r/n ilə əhatə olunmuşdur. Ismayıllının sahəsi 2074 km –dir. Rayon 1931 –ci ildə təşkil edilib .1959-cu ildə qəsəbə və 1967-ci ildə şəhər statusunu alıb.Ismayıllı inzibati bolgüsü:111 kənd və yaşayış məntəqəsi ,2 səhər tipli qəsəbəsi var. Lahıc -20.01.1995 –ci ildə şəhər tipli qəsəbə statusu alıb və rayonun mərkəzi olub. Əhalisi:1987-ci ildə -60 min ,şəhər əhalisi -8 min 1997-ci ildə -74 min , şəhər əhalisi-15 min. 2005-ci ildə -78 min şəhər əhalisi- Adları dəyişilmiş kəndlər :Vəng-Oğuz ,Ruşan-Mehdi. Ismayıllının əhalisi əkinçiliklə ,maldarlıqla ,bağçılıqla,bostançılıqla ,üzümçülüklə quşçuluqla məşqulldurlar.Burada xalçaçılıq ,maldarlıq ,odun ve kömür istehsalıda inkisaf etmişdir.Azərbaycanda ilk kətan parça Ismayıllının Mücü kəndində istehsal edilmişdir. Ismayıllının çox gözəl ve rəngarəng təbiəti var.Burada muxtəlif növ ağac, bitki, heyvan ,quşlar var.Palıd, şam, cökə ,ağcaqayın, , çinar ,vələs,fıstıq ve.s ağac növləri, meyvə ağaclarından alma, armud, əncir,qoz, fındıq ve.s var.Heyvanlardan cüyür, maral, dağ keçisi, ayı, canavar, tülkü, dələ ve.s heyvanlarda burada yaşayır. Təbiəti qoruma məqsədi ilə burada böyük əraziyə malik olan " Ismayıllı qoruğu” salınmışdır (Xənəyidən ,Qalinçağa )134 növ bitki qorunur.Ismayıllıda çaylardan (20 çay)Girdiman ,Göyçay Ağsu çay ve.s kimi dağ çayları var.Göllərdən (10-dan)Qaranohur ,Asiqbayram və süni gölləri mövcuddur. Relyefine görə dağlıq zonadır .Bu ərazini Böyük Qafqaz dağlarından olan Qasanı dağı, Baba dağları kimi dağlarla əhatə olunmuşdur.Yüksəkliyi 3629m olan Baba dağı ən yüksək dağ olmaqla bərabər həmçinin müqqədəs ziyarətgah yeridir. Rayonun şimali-qərbində əhalinin yerli adlar verdiyi Küpüc dağı var. Daha sonra şimalda Maral, Qasanı (Talıstan), şimali-şərqdə Niyal dağları yerləşir. Şəhər özü Qanıx-Alazan əyriçay vadisində (dərəsində) yerləşir və 700m hündürlükdədir. Ən alçaq yeri cənubi-şərq hissəsində Eyubbəylidir ki, 200m hündürlükdə yerləşir. İllik orta temperatur cənubda 10*, 14* C, şimalda 6*, 2* C. Yanvarda hündürlüyü 3000m yuxarı olan dağlarda –14*C, cənubda (Qurbanəfəndi, Gəraybəyli, Kürtmaşı) 0*, 3*-də, düzənlərdə 15*, 20* tem. müşahidə olunur. İllik orta yağıntıların miqdarı cənubda 400-600mm/sm* , şimalda 900-1200mm/sm* qədərdir. Buxarlanmanın illik orta miqdarı şimalda 800-300, cənubda 1200-1000. İqlim tipləri cənubda yarım-səhra, quru-çöl, mərkəz hissədə (İsmayıllıda) mülayim-isti, şimalda dağ-tundura. Geoloji qurluşu: Hündür dağ hissəsi mezazoy-yuva-təbaşir dövrünün süxurlarından, cənub hissəsi kaynazoy-neogen çökmə süxurlarından əmələ gəlmişdir. Seysmik zonada yerləşir.Miniral su mənbəyi- Bədo-hidrokorbanat su. Yanar Şist yatağı Diyallı yaxınlığında, mərmər Talıstan kəndi ilə Diyallı kəndi arasında. Əfsanələrə görə ötən zamanlarda Kürqırağı vilayətinin hansındasa öz xeyirxah əməlləri ilə elin hörmət və məhəbbətini qazanmış Baba adında bir şəxs yaşayırmış.Elin bilicisi və yol göstərəni olan əməlisaleh olan şəxs həzrət deyilərmiş. Bir gün həzrət Baba yuxuda ikən bir pirani şəxs ona deyir ki,sən bərəkəti tapdayırsan.Baba hövlənək yuxudan oyanır.Oturub –durduğu ,gəzdiyi yerləri axtarır , ancaq pirani qocanın söylədiyi misalda bir şey gözünə dəymir.Həmin vaxtdan bu qeribə yuxu ondan əl çəkmir.Axırda o bu vilayətdən çıxıb getmək qərarına gəlir .Üzü dağlara sarı yol salır. Nə vaxt dincini almaq üçün bir az mürgüləyirmişsə yənə həmin yuxunu görərmiş.Nəhayət bizim indiki Baba dağının ətəklərinə gəlib çıxır.Qurbangahdakı Çilləkənd də onun ibadət yeri olub .Burada qaldığı muddətdə fikrinən yer sürmək ,taxıl əkmək keçir.Birdə görür ki bir cüt dağ kəli ona sarı gəlir .Dağ kəlləri gəlib uzlərini onun ayaqlarına sürtürlər.Yurd yerinə baxanda ,görür burada cüt də var, toxum da .Kəlləri qoşub yer sürür ,toxum səpir.Gecə yatır səhər durur görür əkdiyi sahədə qarpız boyda meyvələr yetişib..birini yarir içindən buğda cıxır.Sonra xarman duzəldir .Meyvələrin hamısını yarib ,buğdasını xarmana yığır.Baba xarmanın yeri indi də durur .Yaz acılanacan burada qalır. Ancaq həmin yuxu burada da onan əl çəkmir.Carəsiz qalıb elə bir yerə getmək istəyir ki , Insan ayağı dəyməmiş olsun. Nəhayət gəlib dağın ən hündür yerinə cıxır.Basının altına bir daş qoyub yatır. Yuxuya gedən kimi yənə həmin yuxunu görür.Həzrət Baba yuxudan oyanır. Daha gedəsi yer qalmamışdır.Allaha yalvarır ki, indi ki, mən muqəddəs bərəkəti tapdamaqda müqəssirəm .burada al canımı.Musa bulağına enib dəstamaz almaq üçün ayaqlarını soyunanda bir düyü dənəsi cəkmənin içindən düşür yerə.O, yuxunun mənasını başa düşür. Indi bərəkəti tapdamaq el arasında böyük günah sayılır.Nahaq yerə deməyiblər ki, çörək Qurannan irəlidir. Babanın yolunu gözləyən atası , anası ,nənəsi, babası, bacısı və qardaşı onu axtarmaq üçün yola cıxırlar.Onların hamısı yolda vəfat edirlər.Qəbirləri də Babaya gedən yolların qırağlarındadır.Təkcə anası ziyarətgahacan gəlib çata bilir.Babanın anası yollar boyu rast gəldiyi şeylərdən oğlunu belə soraqlayır: Canım yollar,gözüm yollar, Həzrət Babanı gördünmü? Yollar aydındır:Gənc Möylam Bu yollardan keçdi gəldi. Və.s Ana Musa Bulağını ötüb dağın ən hündür yerinə catanda görürür oğlu burada vəfat edib.Sən məni ağlar qoydun Sinəmi dağlar qoydun-deyib , ozü də orada vəfat eləyir. Qəbri də ziyarətgahdan bir az aşağıda yerləşir.  
 

Ismayıllı toponimləri. 

 

Yer adları tarixin yaddaş kitabı olmaqla yanaşı ,xalqımızın milli və mənəvi sərvətidir..Tarixi qaynaqlardan məlumdur ki, Azərbaycan ərazisi öz maddi və mədəniyyət abidələrinə görə dünya mədəniyyətinin ən qədim mərkəzlərindən biri hesab edilir . Bu baxımdan " tarixin canlı sahidləri” olan toponimlərin qeydə alınması, tətbiq edilməsi və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət kəsb edir. 1973 –cu ildə Azərbaycan SSR.E.A .Coğraffiya Institutunda coğrafi adlar ( toponimlər) şöbəsi yaradılmışdır. 1974 –cü ildə etibarən şöbənin əməkdaşları hər il coğrafi obyekt adlarını qeydə almaq məqsədi ilə respublikamızın muxtəlif rayonlarına gedirlər. Hafizədəki mikrotoponimləri ( kiçik obyekt) adları – təpə , dərə , düz , göl,qobu və.s sayı son dərəcə cox olub ,vaxtında toplanmayan bu adlar ölkənin toponimik fondu üçün ağır itkidir. Həmin ilin avqust- sentyabr aylarında Ismayıllı r/n –da tematik ezamiyyətdə olmuslar , ayyrı- ayrı məntəqələrə getmişlər ,300-ə yaxın ifarmatorlarla söhbət aparılmışdır. Ilkin hesablara görə ,1000-ə qədər toponimlər qeydə alınmışdır.Ismayıllı r/n toponimiyası ümumi Azərbaycan toponimiyası bir hisəsini təşkil edir .Rayon ərazisi çox qədim tarixə malilk olan maddi- mədəniyyət abidələri (qala tikililəri qəbirüstü abidələr şəhər yeri səngər yeri )və.s zəngindir. Strateji cəhətdən əlverişli coğrafi mövqeyə malik olan Sulut kəndi yaxınlığında Şirvanşahların iqametgahı olmuş Qirxotaq ,Fitdağ qalası (XVII),Talıstan kəndi yaxınlığında Cavanşir qalası (vı-vıı) əsrə aid edillir.Uca dağ 200 qoynunda yerləşən bu qala 2h .yaxın sahəni əhatə edir .Bir sıra yerlərdə qalanın hündürlüyü 12-15 metrə ,qalınlığı isə 2m catır).Lahıc qəsəbəsi yaxınlığında Girdiman qalası,türbə Xanagah kəndi yaxınlığında Qız qalası(XI-XII əsirlərə aid olunur və sahəsinə görə Ismayıllı qalasının ən böyüyüdür).Qalacıq kəndinin yaxınlığında Qasımxan xarabalığı ,Basqal kəndində hamam və məscid tikilileri (XVIIəsr),Müdrü kəndinin yaxınlığında "Qələ firan” qədim yaşayış sahəsi ,Ximran kəndi yaxınlığında Sə^dan səhər xarabalılğı və.s buna bir daha sübutdur . Rayonun toponomik fondu Azərbaycan (türk) dilində olan coğrafi adları Iran mənşəli adlar tutur .Qafaqaz və rus mənşəli toponimlər də var .Irandilli tatlarin dil materialı ilə izah edilən toponimlər :Kələxar- kələ ,böyük,Yəngo-gənd-iyli,o-su; Az.(türk) dil materialı ilə izah edilən toponimlər:Qızılca ,Soltanlıq Qarabulaq ,Comceli bulaq ,Buynuz kəndi ,Asiq Bayramlı ,Babadağ ,Acıdərə və.s yurd yerləri .Qafqazdilli (ləzgi mənşəli)toponimlər:Raçivats (kiçik çay) ,Cestivats (Böyük çay),Bağız –quk (Bağı dgğının zirvəsi),Canğuza nurz (Canğuz sırtı)və.s . Rus mənşəli toponimlər :Ivanovka ( kəndi),Kosaya doroqa ,Svinoy mis ,Platinka,Poqonaya bolota və.s. Hibrit toponimlər:bir ərazidə yaşayan müxtəlif etnoslarin qarşılıqlı dil ünsiyyət nəticəsində yaranır . Diyallı kəndi-"di” tat dilində iki "yal’ sözü isə azərbaycan dilində sirt , təpənin üstü mənasındadır. Sərdüz (bağ) – "sər” tat dilində baş, yuxarı "düz” AZ.dilindədir.ve.s.Rayonda reliyef və təbii xüsüsiyyetləri əks etdirən toponimləri içərsində 400 yaşayış məntəqəsi adları xüsusi yer tutur:Göytəpə,Qaraqaya,Diyallı ,Istisu,Gəndo ,Qarakolluq ,Zoğallıq , Topçu, Qalınçaq , Ağbulaq ,Sulut ,Çayqovuşan,Sərdahar , Çandahar ,Dahar , Buynuz ,Kəlbənd və .s kənd adları . Topçu kəndi – Göyçay və Girdiman caylarının əhatəsində ,meşəlik sahədə yerləşir.Top əski türk dilində meşə ,çay kənarı meşəlik .Topçu –topici adından ixtisar edilmişdir . Yaşayış məntəqəsi həqiqətən meşənin icərsində salındığı üçün bu fikri təsdiq edir. Talıstan-tala yeri. Cayqovuşan kəndi-kiçik çayların ( Zarat, Bığır, Kəsnəcal və Resno) birləşdiyi yerdə salınmışdır . Sulut –rayonunun ən qədim yaşayış yurdlarından hesab olunur .Kəndin ərazisindən tapılan maddi-mədəniyyət abidələri ,qala tikliləri , məscid yerləri , 500 qədim qəbir abidələri burada eramızın ilk əsrlerindən yaşayış məskəni olmasını aşkar edir .Sulut toponiminin mənşə və mənası getdikcə onu türk dillərində sulu yer kimi izah etmək olar.Həqiqətən Sulut kəndinin ərazisi xırda ,daşli çınqıllı,sulu sahələrdən ibarətdir. Ərazinnin coğrafi quruluşu ilə bağlı olan və tədqiqata cəlb edilən toponimlərdən biri Buynuz yaşayış məntəqəsidir.Həqiqətən Buynuz kəndi Sığnaq və Qatırdırnağı dağlarının arasında ,buynuza oxşadılan sahədə yerləşdiyi üçün belə adlanır. Təcrubələr göstərir ki, Az. Toponimləri oxşadılma yolu (metobar ) ilə verilmiş adlar mühüm yer tutur.Mes.Dəvəboynu, uzunbağırsaq, Huydu burnu və.s .Bunlardan bir çoxu bədən üzvləri ilə bağlıdır. Əlbətdə ,göstərilən misalların sayını xeyli artırmaq olar lakin bu kiçik yazıda rayonun bütün toponimiyası haqqında ətraflı məlumat vermək çətindir. Ismayıllının tarixini araşdırdıqda o məni çox qədimlərə aparıb çıxardır.VII əsrin əvəllərində Albaniyada Mehranilər sülaləsinin hokumranlığı dövrü başlayır.Bu sülalə albaniyanın Girdiman vilayətində yeni indiki Ismayıllı zonasında yaranmışdır .Bunu Qafar Cəbiyev son tədqiqat işlərində subut edir .(Bu torpaqlarda olan toponimlər Girdiman qalasi hansiki Vardan (600-615) tikdirmişdir .Ismayıllınin Lahıc qəsəbəsi yaxinliginda, Cavanşir qalası Talıstan kendi yaxınlığında, Girdiman çay və.s toponimikaları subutdur) Sonralar bu sülalənin və dövlətin mərkəzi Portav( indiki Bərdə şəhəri ) idi .M.Kalankatlinin yazdığına görə , Mehranilər sülaləsinin banisi Mehran ( 570 -590 ) olmuşdur .O Sasni sahı IIXosrovun qohumu idi və II Xosrovun atasının ölümündə təqsirli olan mehran onun qəzəbindən qorxaraq Albaniyaya qacdı , və Uti vilayətinə gələrək orada xəzərlərlə birləşmək istəyirdi .Onun düsmənlərlə birləşməsini istəməyən II Xosrov əyanların məsləhəti ilə ona müraciət edərək məktub yazır:”Mənim əziz qardaşım :sən məni kinlə tərk etmə .Əgər burda mənimlə yaşamaq istəmirsənsə , onda mənim məktubumu sənə yetən yerdə ayaqla keçə bildiyin qədər özünə mülk götür”. Bundan sonra Mehran Girdiman vilayətində Mehravan şəhərini saldırır və orada məskunlaşır. Girdiman vilayətində VII əsrin 70 –ci illərində türk mənşəli Sabir tayfaları məskuknlaşmışdır. Mehran Sasani sahı Xosrovlla qohum olsada o Sabir türklerinin nəslindən olub.Bu geniş ərazidə türk tayfaları olan keçmiş nəsillərimiz yaşamışlar , onlar etnik cəhətdən albanlarla qohum idilər. Alban – sabir mənşəli Mehraniler Albaniyada öz hakimiyyətlərini möhkəmləndirirlər. Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bütün Girdiman vilayətinə sahib oldu. Onun varisi Vardan ( 600-615) ,Vardanın nəvəsi Varaz Qriqor ( 630- 642) və Varazın oğlu Cavanşir (642-681) olmuşdur. Cavanşir çox igid sərkərdə olmaqla yanaşı ,uzaqgörən bir hakim olmuşdur. O musteqilliye can atan iri ölkə daxilindəki bizanspərəst feodallarin sui- qəsdi nəticəsində qətlə yetrilmişdir. Onun ölmündən sonra hakimiyyətə sülalənin digər axırıncı numayəndəsi Vavaz Trdat kecir . Lakin o Cavanşirin siyasətini davam etdirə bilmir .VII əsrin əvvəllərində Bizans tərəfdarlarını cəzalandirmaq məqsədi ilə ərəb qoşunu göndərilir. Həmin qoşunun bir hissəsi 705- ci ildə Albaniyaya gəlir Cavanşirin sonuncu varisinin ailəsi və yaxın adamları ilə birlikdə Şam səhərinə aparıb orada edam etdilər. Bununla da Albaniyada Mehraniler sülaləsinin hakimiyyəti sona çatır.  

Arxeoloji qazıntılar haqqında.
 
1960-cı ildən baslayaraq Ismayıllı rayonun ərazisində arxeoloji tədqiqatları sürəti daha da artır.O vaxtdan burada aparılan qazıntılara həmyerlimiz Fazil Osmanov rəhbərlik edir.O Qafqaz Albaniyası üzrə mütəxəssisdir. Onun başçılıq etdiyi arxeoloji ekspedisiya 25 ildən artıqdır ki ,bu problemi öyrənir.Tətqiqat obyekti isə Göyçay,Girdiman çay, Ağsuçay hövzələrinin,yeni əsasən Ismayıllı rayonu ərazisinin abidələridir.Ekspedisiya özünün ilk çöl- tədqiqat mövzusunda –yeni 1963-cü ildə Göyçay çayı ilə Girdimançayı arasındakı geniş bir ərazidə səmərəli axtarış işləri aparıb .Nəticədə, uzun bir dövrü əhatə edən ondan çox arxeoloji abidə qeydə alınıb , xeyli miqdar yerüstü material toplanıb. Mollaisaqlı kəndində aparılan axtarışlar zamanı daha çox material əldə olunub.Yerustu axtarışlar əsasən kəndin ətrafinda və kənddən 4 km qərbdə aparılıb.Xeyli miqdarda boz ve qırmızı rəngli gil qab numunələri aşkar edilib. 1963 –cü il axtarışlar zamanı aşkar edilən yaşayış yerlərindən biridə Hacıhətəmli kəndidir.Mollaisaqlidan 2-3 km şimal- şərqdə , çox da yüksək olmayan yaylada yerləşən Hacıhətəmli öz maddi- mədəniyyət abidələrin zənginliyinə çatan kürə qalığı ,yaşayış yeri və bir neçə torpaq qəbir aşkar edilmişdir həmçinin burada 1.8 m qalınlığında mədəni təbəqə: kül , kömür , gil qazan qırıqlar,sümük,yanğından qızarmış torpaq və.s qalıqları müəyyənləşdirilmişdir.Yaşayış yerindən 30-35 m cənub tərəfdə aşkar edilən torpaq qəbirlərdən bir necə gil qab numunələri əldə edilmişdir. Girdimançayın sağ sahilində yerləşən Kənzə kəndinin cənubunda qəbirstanlıq yeridir . Sahəsi təqribən 60X100 m az deyil .Yerli əhali qəbirstanın kənarı ilə yol çəkərək bir neçə torpaq qəbir dağıdılmışdır. Axtarışlar zamanı 0,7 m dərinliyində dağıdılmış bir qəbir tətqiq edilmişdir .Qəbirdə bir ədəd başı cənub- qərbə doğru basdırılmış insan skileti aşkar edilmişdir. Ismayıllının qədim yaşayış məskənlərindən biri olan r/n mərkəzindən 4 km simalda yerləşən Talıstandır.Kəndin ətrafında 4 yaşayış yeri ve 5 qəbirstanlıq mövcuddur.Bu qəbirstanlıqdan 2-si daha qədim dövrə aiddir. 1962-ci ildə ilkin tapıntı kəndin məktəbinin VII sinf şagirdləri tərəfindən tarix müəllimi Ə.Mirzəyevin rəhbərliyi ilə ekskursiyada olarkən Talıstan çayının sağ sahilində 2 ədəd saxsı bardaq tapılmışdır. 1963-cü ildə F. Osmanov Talıstanda arxeoloji kəşfiyyat işi aparmış və bir sıra maddi- mədəniyyət numunələri əldə etmişdir. O həmin tapıntıları eramızın əvəllərinə aid etmişdir. Sonralar da təsərüfat işləri ilə əlaqədar kənd ətrafındakı Kələsər ,Qaratikanlıq ,Mistökülən,Tutuq yeri,Çökək və basqa yerlərdə küllü miqdarda saxsı qab qırıqları , təndir qaliqları , dən daşlarının sınıqları aşkar edilmişdir . Bütün bunlar göstərir ki, Talıstan və onun ətrafında insanların məskən salaraq oturaq həyat surməsini ən azı 2000 ilə yaxın tarixi var. Axtarışlar zamanı Topçu meşəsində üzərində ərəb yazıları olan qəbir daşları da tapılmışdır. Həmçinin Qurbanəfəndi kəndindən yazlı daş və sikkələr əldə edilmişdir.Azərbaycan Tarix muzeyinin elmi işçisi A.Rəhimov həmin pulların IX əsrə aid olduğunu təyin etmişdir. 1964-cü ildə rayonun Mollaisaqlı ,Qalagah və Qışlaq kəndləri ərazisində qazıntılar zamanı binə yerlər , təsərüfat küpləri, quyular , vanna qəbirlər , və gildən hazırlanmış çoxlu miqdarda antrpomoorf və zoomorf fiqurlar tapılmışdır.Bu tapıntılar içərisində antropomoorf fiqurlar daha çox diqqəti cəlb edir.Bu cür fiqurlar əvəllər Şamaxı ərazisində təsadüf olunmuşdur.Tapıntılar içərisində qadın fiqurları üstünlük təşkil edir.Xatırladaq ki, hələ 1933-cü ildə professor Y. Paxomov Ismayıllı r/n ərasisində tapılmış 2 ədəd kiçik gil qadın heykəli barədə məqalə çap etdirib . Ismayılllı abidələrinin arxeolji tədqiqi işi 1970-71- ci illərə nisbətən daha əhatəli şekildə davam etdirilmişdir.Bu tədqiqatlar nəticesində ilk dəfə olaraq Qalagahda tikinti qalıqları aşkara çıxarılmışdır.Tapıntıların xarakterini və zənginliyini nəzərə alaraq F. Osmanov Qalagahı Albaniyanin şəhər tipli yaşayış məntəqələrinin sırasına daxil edilmişdir. 70-ci ilərdə aprılan axtarışlar zamanı rayonumuzun Vəng kəndi yaxınlığındaki "Səkili” adlı qədim abidə də alimlərin diqqətini cəlb edib. Tapılan gil qablar tədqiqatçılar tərəfindən eramızdan əvvəl birinci minilliyin son rübünə aid edilmişdir. Qəbirlərdən qazıntı zamanı müxtəlif gil əşyalar , dəmir ,qılınc və.s tapılmışdır.2 nömrəli qəbir təmizlənərkən buradan üzü şimali-qərbə doğru , sol böyrü üstə sıx büküli vəziyyətdə dəfn edilmiş insan skileti çıxmışdır.Skiletin başı yanında iri küp ( hündürlüyü 60,gövdəsinin diametri isə 58 sm), xırda dolçalar ,qara rəngli vazalar, dəmir qılınc,xəncər ,dəmir nizə, oraq,tunc üzük,halqa,müxtəlif materiallardan hazırlanmış manumetlər aşkar edilmişdir. 70-ci illərdə tədqiq olunmuş antik dövr abidələrindən biri də Mollaisaqlı kəndindən 3-4 km cənub- qərbdə yerləşən Sıxdərə təpəsi edir. Qonşu ərazilərdə olduğu kimi, burada da ilkin təsadüf olunan gil təsərüfat küpləri olmuşdur.Həmin küplərin içərisində sınmış dən daşı , qab- qacaq qırıqları və müxtəlif əşya qalıqları aşkar edilmişdir.Bundan başqa Sıxdərə təpəsində çoxlu iri və xırda heyvan sümükləri və yəhərli at fiquru tapılmışdır.
Daha bir tarix.
"Çar hökuməti tərəfindən 1825-1826-cı illərdə Qafqaza sürgün olunan Lermontov Qusarda yaşamış, onun burada qaldığı evi indi muzey kimi saxlanılır”. (səh 26) Bildiyimiz kimi, M.Y.Lermontov 1814-cü ildə anadan olmuşdur. Deməli, 1825-1826-cı illərdə onun 11-12 yaşı olardı. Həqiqətə gəldikdə, A.S. Puşkinin ölümünə həsr etdiyi şerinə görə Lermontov 1837-ci il fevralın 18-də həbs olunmuşdu. Fevralın 25-də isə onun cəzası nisbətən yüngülləşdirilmiş, kornet Lermontov Qafqazda hərbi əməliyyatlar aparan Nijeqorod draqun polkuna göndərilmişdi. Elə həmin vaxt o, Qafqazın bir sıra yerlərində, o cümlədən də Şəkidə, Şamaxıda, Qubada və Qusarda olmuşdu. "Onun ev muzeyinə hər il çoxlu məktəbli, uşaqlar, turistlər, ədəbiyyat vurğunları gəlir və onun həyat tərzi ilə maraqlanırlar”, - deyən müəllifə xatırlatmaq istəyirik ki, Qusarda belə bir muzey yoxdur, sadəcə olaraq M.Y.Lermontovun bir vaxtlar yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. 
Rus ədəbiyyatının tarixinə düşmüşdür: M.Y. Lermontov İsmayıllının Tircan kəndində olarkən orada Aşıq Qərib haqqında aşıq (xalq müğənnisi) Orucdan və aşıq Ləzgi Əhməddən eşitdiyi dastan əsasında özünün "Aşıq Qərib" poemasını yazmışdır.
Səməd Vurğun 1939-cu ildə İsmayıllının Talıstan kəndində qonaq olmuş və həmin ildə özünün əvəzsiz incilərindən olan "Talıstan” poemasını yazmışdır.
Ixtiyar dağların doşündə meşə,
Qayalar yuksəkdən baxır keçmişə,
Ağaclar baş-başa çatılmış burda,
Günəş salam verir bu doğma yurda.
Sürürəm atımı üzü yuxarı;
Bu qarlı dağların ağ buludların,
Könlümü ardınca çəkib aparır,
Yüksəyə qalxdıqca sinəm qabarır…..
Burda ağ suların xoş nəşidəsi,
Hər budağ üstündə bir quşun səsi…
Top, tüfəng səsləri batandan bəri
Gəzir qayalarda dağ keçiləri.
İşıqdan, insandan xeyli aralı
Hər axşam mələyir dağlar maralı.
Göydə fanar kimi işiq saçır ay,
Buludlar açılır örtülür lay-lay:
"Ay ellər!” deyirəm ürəyimdə mən,
Ömür cavanlaşır ellər deməkdən.
Ormanlar içində durur Talıstan,
Ona bir baxışdan vurulur insan.
Günəş bu yerlərdə qalxır atına,
Yüksəlir göylərin yeddi qatına,
Bu yurdun havası, suyu sərindir,
Keçdiyim dərələr göydən dərindir.
Baxdıqca insanın gözü qaralır
Şair olmayanda xəyala dalır.
 
 İsmayıllı rayonu haqqında ümumi məlumat Rayonun yaranma tarixi.
24. 11. 1931
Rayonun ərazisi
2074 kv. Km.
Şəhərlərin sayı
1
Qəsəbələrin sayı
2
Kəndlərin sayı
106
İnzibati ərazi vahidlərinin sayı36
Bələdiyyələrin sayı
67
Əhalinin sayı 01.07.2005-ci il tarixə
76645
Ondan kişilər
3694348.20%
Qadınlar
3970251.80%
Əmək qabliyətlim əhali
4229355.20%
Koçgün ailələrin sayı
816
Onlarda yaşayan halinin sayı
3390
Qaçqın ailələrin sayı
619
Onlarda yaşayan halinin sayı
2809
Şəhid ailələrinin sayı

Qarabağ əlillərinin sayı

Əhalinin milli tərkibi(1999-cu ilin siyahılanmasına əsasən)
Azərbaycanlılar
6119084.80%
Ləzgilr
772210.70%
Ruslar
25143.48%
Digər millətlər
191.02%

Rayonun torpaq fondu İstifadə olunan torpaqlar üzrə (= hektarla= ) Ümumi torpaq fondu (hektar)215875100%
O cümlədən k/t yararlı9663044.76%
Ondan əkin yeri36463
Biçənək və otlaqlar58121
Meşə fondu torpaqları6679930.94%
O cümlədən Dovlət qoruğu5778
Digər torpaqlar5244624.30%

Məktəblərin sayı87
Uşaq baxçalarının sayı12
Muzeylərin sayı2
Xəstəxanaların sayı7
Ambulator-Polikillinikaların sayı12
Həkimlərin sayı110

Orta tibb heyyətinin sayı414



Cəmiyyət.

 
 Cəmiyyət dediktə biz nə başa düşürük? Bu söz bir çox mənalarda işlənir. Bəzən bir-biri ilə ünsiyyətdə olan insanlardan ibarət kiçik bir qrupu cəmiyyət adlandırırlar. Məsələn: filatelistlər cəmiyyəti, azarkeşlər cəmiyyəti. Cəmiyyətin daha geniş mənaları da var. Məsələn, elmdə dünyanın bir issəsi cəmiyyət adlanır. Dünya daima dəyişkəndir. Ona görədə cəmiyyət daima dəişkən varlıq kimi başa düşülür. Hazırda bütün dünyanın insanları müharibəsiz təmiz mühitdə sağlam və bolluq icərisində yaşamaq istəyirlər. Ayrı-ayrı dövlətlərdə yaşamasına baxmayaraq, onlar ümumi məqsəd birləşdirir. Bu birlik müasir cəmiyyət, ümumdünya cəmiyyəti adlanır.
1. İnsanların ən pisi camaatı aldadan şəxsdir.
2. Övladların ən pisi valideyinin üzünə ağ olan övladır.
3. Danışanın özünə yox, sözünə daha çox diqqət et.
4. Hər bir adam öz dilinin arxasında gizlənmişdir.
5. Ancaq iki adama həsəd aparmaq olar: 1) Allah – Taalanın verdiyi mal-dövləti haqq yolunda sərf edən adamdır. 2) Allah –Taalanın verdiyi hikmət başqalarına öyrədəndir.
6. İş görmək istəyən imkan axtarır, iş görmək istəməyən bəhanə.
7. Zaman sağaltmır, öyrədir. Hər işdə bir xeyr var.
8. Həyat bir səhnədir gəzəsən gərək, həyatın qədrini biləsən gərək, hər çalan havanı oynamaq olmaz əzab əziyətə dözəsən gərək!
9. Allahın sevdiyi ev yetimə hörmət edən evdir.
10. Bir nəfər Rəsul Allahın yanına gəlib soruşdu: "Ya Peyğənbər(s)mən kimə daha çox yaşılıq etməliyəm? ” Pyğənbər(s) cavab verdi: "Anana”. Həmin adam yenədə soruşdu: " Sonra kimə?” Peyğənbər(s)yenə "Anana”. Həmin adam yenə soruşdu : "Sonra kimə?” Peyğənbər(s)yenə : "Anana”- dedi.O adam bir də: " Bəs sonra kimə-?-soruşduqda Rəsul-Əkrəm: "Sonra atana”.
11.İnsanın ən qədir – qiymətlisi elmi hamıdan çox olan şəxsdir.
12.İnsanın malik olduğu ən pis xususiyətlərdən biri həsəddir.
 
Unudsaq unudulariq
 
 Dunya şohratli alim. Maqsud Əlisimran oğlu Cavadov 1902-ci aprelin 13-də İSMAYİLLİ rayonunun Baskal kəndində anadan olmuşdur. İlk təhsilini orada almışdır. Orta təhsilini başa vurduqdan sonra isə o bütünlüklə ömrünü elmə həsr etmişdir. Doğma universitetin (BAKİ D.U.)divarları arasında əvvəlcə namizədlik sonra isə doktorluq disertasiyasının uğurla müdafiə etdi. 1959-cu ildən universitetin professoru idi. Öz tədqiqatları ilə respublikamızın hüdüdlarından çox-çox uzaqlarda da yaxşı tanınan böyük alim 1962- ci ildə Azərbaycan Elimlər Akademiyasının müxbir üzvi seçilmişdir. Gənc yaşlarından elmi fəaliyyət ilə yanaşı böyük təşkilaticiliq fəaliyyəti nümayiş etdirən M.Cavadov universitetin prorektoru vəzifəsinə irəli çəkilmisdir. Onda hələ gənc alim 40 yasini təzəcə adlamışdır. 1952-ci ilə qədər bu vəzifədə çalişmişdir. 1938-ci ildən universitetin həndəsə kafedrasına rəhbərlik edən M.Cavadov fasiləsiz olaraq 35 il həni dünyasını dəyişənə qədər bu vəzifədə calışmışdır. 30-cu illərin əvvəllərindən başlayaraq ta 72-ci ilə qədər B.D.U-də riyaziyyat üzrə tanınıb məhşurlaşmış istisnasız olaraq hər bir alimin yetişməsində Maqsud müəllimin zəhməti olmuşdur. Maqsud Cavadovun elmi tədqiqat dairəsi çox geniş idi. O, bimetrik sistem nəzəriyyəsinin müxtəlif həndəsi məsələlərə tədbiqini və cəbrlər üzərində fəzalar qurulmasinin nəzəriyyəsini vermişdir. Alternionlar cəbri,həqiqi kompleks və ikiqat matrislər cəbrləri üzərində afin, proyektiv və qeyri-Evklid fəzalarini qurmuşdur. Maqsud Cavadov Azərbaycanda riyaziyyatin tarixi üzrə tədqiqatlar aparmış, bu mövzuda çoxlu elmi məqalələr yazmış və kitab cap etdirmişdir. Onun Azərbaycan dilində riyazi ədəbiyyat və istilahların yaradılması sahəsində əvəzsiz xidmətləri olmusdur. Azərbaycan əməkdar elm xadimi kimi yüksək fəxri ad daşıyan M.C.səmərəli elmi və ictimai fəaliyyətinə görə bir sıra orden və medallarla təltif olunmuşdur. 1972-ci ilin may ayının 6-da vəfat etmisdir. 
 
İsmaillı yetirmələri.
 
 Akademik Sultan Mehdiyev kimi kimyaçı Əlösət Mehdiyev kimi təbib-alim, Maqsud Cavadov kimi riyazyyatçı, Əkrəm Cəfər kimi ədəbiyyat şünas Musa Musayev kimi alim, Ə.Əbülhəsən kimi yaziçi, Ağa Mehdiyev kimi rəssam yetişmişdir. Məhşur ingilabçılardan Qasim İsmayılov, Əli Bayramov, Vətən müharibəsi qəhramanı Kamal Qasımov, Sovet İttifaqı qəhrəmanı Bəhyəddin Mirzəyev, Ukraynada adına məktəb qoyulub, abidə ucaldılan Qasım Əsədov, Berlində dəfn olumuş Vahab Osmanov, əmək qəhramanlarından Aslan Osmanov, Sarvan Salmanov, Nikalay Nikitin, Səfərəli Məmmədov, dövlət mükafatı laureat Ağasəf Bağırov və b. Kamal Qasımovun atası Ağarza Qasımxanlı Basqal kəndində ilk məktəb təşkil etmiş görkəmli pedaqoqlardanır. 1862-ci ildə Londonda keçirilən ümümdünya sənaye sərgisində Azarbaycanı təmsil edən basqallı toxucı Nəsir Abduləziz o özunun numayış etdiyi kəlağayılar gümüş medalla mükafatlandırılmışdır. Lahıc kənd sakini Gənci 1714 – 1715-ci illərdə misdən hazırlandığı və Azərbaycan misgərliyinin incisi sayılan somavarları ilə şöhrət qazanmışdır. Deyilənə görə o, hazirladığı bir somavarı rus çariçası II Yekaterinaya hədiyyə göndərmiş və buna görə də ixtiracıya medal verilmişdir. (Qabaqcıl və tanınmış müəllimlərdən Yusif Yusifov) Rayonumuzun qədim kecmişini tədqiq edən alim Fazil lətif oğlu Osmanov 1936-ci ildə Salut kəndində doğulmuşdur. Atasi Lətif Böyük Vətən müharibəsindən qayıtmamışdır. Fazil 7-ci sinifi Sulut kəndində bitirdikdən sonra Şamaxı pedaqoji məktəbinə daxil olmuşdur.Oranı qurtardiqdan sonra 1-il müəllim işləmişdir.O, öz təhsilini davam etdirmək məqsədilə Kirov adına ADY-nin tarix fakultəsinə daxil omuşdur və orani qurtarmişdir. Universiteti bitirəndə onu kicik elmi işci saxladilar.Cox kecmədən o,aspiranturaya daxil oldu 1968-ci ildə Qafkaz Albaniyasinin maddi-mədəniyəti eramizdan evvel 3 və bizim eramizin 3 əslərində(Göyçay və Axsuçay hövzələri arxeoloji abidələri əsasinda mövzusunda dissertasiya müdafiə etmiş və tarix elmlər namizədi alimlik dərəcəsi almışdır.) (İsmaillı sair və yazıçılar. – Əzim İsmaillı, Musa Yaqub,Baba Vəziroğlu və.s) 
 
İSMAYILLI-SENTYABR.1969. MUSA YAQUB.
 
Birdən ürəyimin qaynadı Qanı
"Dünyanın xalqları" xəritəsində
Sərhədsiz görəndə Azərbaycanı
ilk dəfə kiminsə hökmü pozulub
Bir ölkə uzanır burda sərbəsər;
Azərbaycanlılar-
                   Bu söz yazılıb
Arazı adlayıb keçibdir hərflər
Bay səni!
       Bu kimin qələmi olub,
Sərhəddi aradan götürə bilib?!
Bay səni!
       Bu kimin fırçası olub 
Rəngləri Arazdan ötürə bilib?!
Barı bir quruca kağızın üstə
Qardaşı-qardaşa yetirə bilib.
 
 
 
İsmayıllı şəhidləri.
 

 

1.Azerbaycan Milli Qehremani Abbasov Mehdi Yusif oglu (1950-1992)
 2.Azerbaycan Milli Qehreman Mahmudov Erestun Ipendi oglu (1957-1992.Pirəbilqasim kendinde kolxozcu ailesinde anadan olmusdur.1978-ci ilden Bakida Zabrat Aviasiya Muessisecinde bort-mexanik vezifesinde isleyirdi.O,Kremcuk ve Omsk seherlerinde Aviasiya ixtisaslasma kurslarini bitirerek Azerbaycan şahinleri sirasinda layiqli yer tutmuşdur.1992-ci il yanvarin 28-de Ağdam-Şuşa marşruti ile iki reysden sonra,üçüncü defede helak olmuşdur.
3.Abbasov Hikmet Isbat oglu(1974-1994)
4.Abbasov Surac Ziyad oglu(1974-1994)
5. Abbasov Ekrem Abbas oglu(1969-1994)
6. Abdullayev Natiq Yaver oglu(1970-1994)
7. Abdullayev Xanlar Fayiz oglu(1973-1994)
8. Abdullayev Vaqif Hesen oglu(1975-1994)
9. Agayev Sukran Kerim oglu(1970-1994)
10.Azayev Server Sani oglu((1967-1994)
11. Aslanov Agahuseyn Agacefer oglu(1950-1994)
12. Atakisiyev Rafiq Gulmirze oglu(1964-1994)
13. Babayev Ehmedaga Sahbaba oglu(1970-1994)
14. Babayev Zakir Adil oglu(1968-1994)
15. Bagirov Nizami Melikmemmed oglu(1967-1994)
16. Bagirov Agayar Baba oglu(1974-1995)
17. Bagirov Cingiz Kerem oglu (1964-1993)
18. Bayramov Elsad Bayram oglu(1965-1994)
19. Bayramov Qadir Kerem oglu(1965-1994)
20. Belakov Vasiliy Nikolayevic (1969-1993)
21. Bedelov Ruslan Naazif oglu(1969-1993)
22. Bekirov Tofiq Erez oglu(1970-1994)
23. Besirov Revomir Volodiya oglu(1973-1994)
24. Binyatov Ilham Gulehmed oglu(1976-1995)
25. Vahidov Vugar Nesreddin oglu(1972-1993)
26. Qarayev Batir Sovet oglu(1974-1993)
27. Qarayev Zaman Bagi oglu(1970-1992)
28. Qasimov Ilham Eldar oglu(1971-1994)
29. Qurbanov Rafiq Araz oglu(1973-1992)
30. Ezimov Fazil Letif oglu(1973-1994)
31. Ezimov Nezeaga KAmal oglu(1962-1994)
32. Ekberov Mesim Pasa oglu(1966-1994)
33. Eliyarov Vaqif Ehed oglu(1968-1993)
34. Eliyev Ayaz Ibrahim ogli(1973-1994)
35. Eliyev Celal Gulhuseyin oglu(1974-1993)
36. Eliyev Behruz Bedel oglu(1968-1993)
37. Emirov Behruz Mirzeddin oglu(1973-1994)
38. Emraliyev Cingiz Qeribxan oglu (1966-1993)
39. Esadov Hesim Novruz oglu(1972-1993)
40. Ehmedov Akif Hezretqulu oglu(1970-1993)
41. Ehmedov Inqilab Elihunbet oglu(1967-1993)
42. Ehmedov Ramiz Ekrem oglu (1963-1993)
43. Ibrahimov Adil Sabir oglu(1964-1994)
44. Ismayilov Rafiq seyfeddin oglu(1963-1992)
45. Isgendarov Canpolad Elesger oglu(1970-1992)
46. Kazimov Telet Esger oglu (1969-1992)
47. Kazimov Israyil Sirzad oglu (1974-1993)
48. Mehdiyev Ziyad Mirzze oglu(1966-1993)
49. Medetov Adil Xidir oglu(1972-1992)
50. Mehemmedov Ilqar Erzuman oglu(1970-1992)
51. Memmedov Elsad Fezail oglu(1963-1992)
52. Memmedov Qadir Samil oglu(1973-1992)
53. Memmedov Qesem Perviz oglu(1974-1992)
54. Memmedov Qerib Mirzeaga oglu(1974-1993)
55. Memmedov Aqil Vaqif oglu(1971-1993)
56. Mwmmedov Hetem Nadir ogli(1968-1994)
57. Memmedov Vekil Hacimurad oqlu(1955-1994)
58. Memmedov Refail Elisahib oglu(1970-1993)
59. Memmedov Eldar Sefter oglu(1966-1994)
60. Memmedov Nameddin Memmed oglu(1961-1994)
61. Mirzeyev Hidayet Aziz oglu(1943-1993)
62. Mirzeyev Imran Cefer oglu(1972-1994)
63. Mirzeyev Zefer Beyi oglu(1968-1994)
64. Mirzeliyev Ilham Humbeteli oglu(1965-1992)
65. Muradeliyev Cosqun Etraf oglu(1972-1994)
66. Murselov Qulam Yaqub oglu(1968-1994)
67. Murselov Azer Esger oglu(1972-1993)
68. Nebiiyev Dasqin Qobustan oglu(1974-1992)
69. Necefov Rehman Haci oglu(1962-1992)
70. Novruzov Metleb Cilovxan oglu(1973-1994)
71. Novruzov Remzi Siyavus oglu(1971-1992)
72. Nuriyev Şehriyar Seddula oglu(1972-1993)
73. Nuriyev Eldar Dokument oglu(1971-1993)
74. Orucov Mubariz Fazail oglyu(1967-1992)
75. Orucov Nazim Dursunali oglu(1967-1994)
76. Osmanov Vasif Lacin oglu(1958-1994)
77. Ocaqov Rehman Sukur oglu(1962-1994)
78. Ocaqov Rehman Agamemmed oglu(1964-1994)
79. Omarov Agasef agasirin oglu(1960-1994)
80. Piriyev musa Gulbala oglu(1969-1993)
81. Ramazanov Arif Kamil oglu(1968-1992)
82. Salmanov Ramiz Mehemmed oglu(1974-1993)
83. Selimov Valeh Sabir oglu(1971-1994)
84. Seyteliyev Sahmehemmed Memmed oglu(1971-1992)
85. Semedov Nizami Qocaq oglu(1957-1992)
86. Suleymanov Sadiq Baladadas oglu(1974-1994)
87. Teyyubov resad Husseyinaga oglu(1976-1995)
88.Ferecov Cesaret Israyil oglu(1975-1994)
89.Xendanov Tariyel Bayram oglu(1960-1993)
90. Xelilov Qalib qedim oglu(1973-1992)
91. Xelilov Teymur Ziyad oglu(1975-1994)
92.Haciyev Eldar qedim oglu (1968-1993)
93.Haciyaev Ramiz Ebulfez oglu(1963-1994)
Ismayilli sehidleri:
1. Selimov Valeh Sabir oglu (1911-1994)
2. Topcu kendi Huseynov Terlan Soltan oglu (1966-1994)
3.Qara qaya kendi Memmedov Rauf Teymur oglu (1966-1994)
4.Topcu kendi Ehmed agabayov Sahbab oglu (1968-1994)
5.Qusenca kendi Elekberov Mehsim Resad oglu (1968-1993)
6. Teze kend Selimov Valeh Sabir oglu (1971-1993)
7. Topcu kendi Bagirov Cingiz Kerem oglu (1964-1993)
8.Culyan kendi Mammadov Vakil oglu (1953-1993)
9. Qalincaq kendi Qaraev Zaman BAgir oglu (1971-1993)
10. Qalincaq kendi Azaev Səlvər Sani oglu (1967-1994)
11. Hacitamli Kendi Ocagov Rehman Sukur oglu (1962-1994)  
 
 
Copyright MyCorp © 2024 |