Вторник, 19.03.2024, 09:44Главная | Регистрация | Вход

Форма входа

Nenenin Dedikleri

Ənvər Balayev

Наш опрос

Оцените мой сайт
Всего ответов: 161

Мини-чат

200

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Məktəbimizin kiçik Akademiyasındaki işlərimiz


 

i.Həsənov adına 1 saylı tam orta məktəbin rus bölməsinin tarix müəllimi Bədəlova Təranə Cəbrayıl qızının rəhbərliyi altında "məktəbin kiçik akademiyasında” apardığı tətqiqat işləri.
1-сi mövzu:- Elm islamın gözü ilə.
 Layihəni hazırladılar: Əliyeva Nərmin və Abbasova Humay
 2-ci mövzu:- Elmə aid hədislər və kəlamlar.
 Layihəni hazırladı: Ağamaliyeva Günay
 Tapıntı: Həzrəti Əlinin kəlamları hansıki Avropa ölkələrinin atalar sözləri kimi verilib.
 3-cü mövzu:- Azərbaycanın qədim tayfaları
 Layihəni hazırladı: İsmayılova Aygün
 4-cü mövzu:- Azərbaycanda Qədimdən müasir dövrə qədər yaranan dovlətlər.
 Layihıni hazırladı: Əlili Afaq.
 7-ci mövzu:- Qonşuluq icma dövrünün ev modeli.
 Layihəni hazırlayır:Bədəlova Elvira.
8-ci mövzu:-Qonovuz parçası haqqında.
Layihəni hazırladı:Əkbərova Zəminə
9. Taymır yarımadasında yaşayan türk tayfaları.
    Layihəyi hazırladı:Bədəlova Elvira 
 
 
 
 
 
 
 
Möhlətdə Qəflət
  XXI əsr zəmanəmiz kompyüter, robot, kibernika, genetika əsridir. Bütün yer üzünün mədəniyyəti, ədəbiyyatı, tarixi, musiqisi bir yerə toplaşıb var qüvvəsi ilə səy göstərsədə, böyüyən nəslə müsbət təsir göstərə bilmirlər. Gənc nəslin 20% narkoman, spirtli içkilərin alüdəçisinə və.s. çevrilirlər. Qlobollaşma öz müsbətləri ilə yanaşı bizim ölkəyədə öz mənfilərinidə gətirməkdədir. İnkişaf etmiş ölkələrin mənfilərini görəndə gələcək nəsil üçün narahat olmamaq əldə deyil. İnkişafı yüksək səviyyədə olan ölkələrdə ailələrin çox dağılması, uşaq evlərində uşaqların sayının gündən-günə artması, qocaların atılması, yeniyetmələrin pis qruplarda qruplaşması, ruhi xəstəliklərin həddən artıq çox olması və.s. bu kimi problemlər hər bir insanı narahat etməlidir. Nə qədər elm tərəqqi etsədə, nə qədər texnika inkişaf etsədə,bir planetdən digər planetə qonaq getmək mümkün olsa belə yer üzünü fəlakətdən ancaq və ancaq Allahını taniyıb Ona sığınmaq xilas edəcək. Burada Həzrət Əlinin(ə.s.) xütbəsi yada düşür: Imam dünyanı qınayaraq buyurdu:”Bu dünyanı necə bəyənim ki, başlanğıcında məşəqqət, sonunda isə ölüb getmək var. Halalın hesabı, haramın əzabı vardır. Orada zəngin hüzura, yoxsul hüzünə dalanmışdır. Kim dünyaya bağlanarsa dünya ondan uzaqlaşar, kim də başını aşağı salıb işi ilə məşğul olarsa dünya ona yaxınlaşar. Dünya ibrətlə baxanı bəsirətli, həsədlə baxanı isə kor edər.” Mənə elə gəlir ki, qloballaşmış ölkələr həsədnən müsəlman ölkələrinə baxır, çünki bizdə azda olsa böyüklərə hörmət, kiçiklərə mərhəmət və.s. müsbətlər dinimiz sayəsində yaşamaqdadır. Biz dinimizi yad təsirlərdən gücümüz çatan qədər qorumalıyıq.Bütün müsəlmanlar Allah və rəsulunun qoymuş olduğu tək yol və inanc hədəfində birləşməlidirlər. Bu yol Allahın hər hansı bir günahı onlardan uzaqlaşdırmağın Əhli-Beytin yoludur. Burada Əli(ə)-mın özündən sonra yadigar qoyduğu və qiymətli xəzinələrlə zəngin mühəqqiqlərin, cavanların və alimlərin nəzərlərini "Nəhgül-bəlağə” adlı kitaba cəlb edirəm. Qurandan savayı heç bir kitabın ondan üstün sayılmadığı "Nəhgül-bəlağə” çox təssüflər olsun ki, Əməvilər və abbasilərin Əliyyibni Əbu Talib (ə) –ma qarşı etdikləri zəhərli təbliğatın nəticəsində bir çox insanlar üçün naməlum qalmışdır. əgər desəm ki, xalqın tarix boyu ehtiyacı olduğu çoxlu elmlər və nəsihətlər Nəhgül-bəlağədə movcuddur sozsüz ki, sozümdə yanılmaram.Nəhgül-bəlağədə əxlaq, sosialogiya, iqtisadi elmlər ilə yanaşı astranomiya və texnika eləcədə fəlsəfə, siyasət və hikmət barəsində bir çox qiymətli incəliklər vardır. Kaş bütün müsəlmanlar Nəhgül-bəlağəyə böyük əhəmiyyət verib öz tərh və nəzəriyyələrinin üstündə tədqiqat aparaydılar. Çünki, Nəhgül-bəlağə ucsuz-bucaqsız bir dəryaya bənzəyir ki, məhz diqqətli alimlər oradan daş-qaş və mərcan ələ gətirə bilərlər. Qeyd etmək istərdim ki, Nəhgül-bəlağədən götürülmüş mövzularla "Sorbon” inistitutunda doktorluq dissertasiyasını müdafiyyə etmiş neçə-neçə alim var. Bunlardan biridə Məhəmməd Ticani Səmavidir. Dünyanı dolaşmış "Necə hidayət oldum”, "Zikr əhlindən soruşun” və "Doğrularla birgə” kitablarının müəllifidir. Məsələn: XX əsrin fəlsəfə və ədəbiyyatının günəşi sayılan amerikan yazıçısı, pisixoloqu, filosofu Deyl Korneqi üç məhşur kitablarını incələsək orada çoxlu sayda Həzrət Əlinin kəlamlarını taparıq. Əfsuslar olsun ki, Korneqinin kitabları 70 dilə tərcümə olunub və bu fikirlər Korneqi dahiliyi kimi qəbul olonubdur. Xatırlamadığım Azərbaycan mətbuatının hansısa qəzetində "Ənuşiravanın xəzinəsindən” adı altında bu kəlamlar dərc olunmuşdur: "Ən böyük zənginlik ağıl, ən böyük yoxsulluq axmaqlıq, ən qorxulu iş özünü bəyənmə və dəyərli üstünlük gözəl əxlaqdır. Axmaqla dostluq etmə o fayda əvəzinə zərər gətirir.Xəsislə dostluq etmə o səni dəyərsiz əşya müqabilində satar. Yalançı ilə dostluq etmə, o sənə uzağı yaxın, yaxını uzaq göstərər.” "Ağıldan faydalı bir mal, özünü bəyənməkdən daha qorxunc tənhalıq, tədbir kimi düşüncə, təqva kimi üstünlük, əxlaq kimi dost, ədəb kimi miras, uğur kimi ticarət, savab kimi qazanc, təfəkkür kimi elm, fərzə riayət kimi ibadət, həya və səbr kimi ıman, təvəzükarlıq kimi gəlir, elm kimi şərəf, hilm kimi izzət, məsləhət kimi dəstək yoxdur.” Araşdırmaları davam etdirsək mövzuya aid çox faktlar ortaya çıxarmaq olar.Əsrlər boyu 12 imamızın yazdıqları işğala məruz qalmalarına baxmayaraq, Allahın koməyi ilə bu dovrə gəlib çatıblar. Yetər ki, biz qəflət yuxusundan oyanıb onları araşdırıb öyrənək.
İndi isə mövzumuzu Həzrət Əli Əleyhüsəlamın kəlamları ilə davam edək. Onuda qeyd edək ki, bəzi kəlamlar başqa millətlər tərəfindən atalar sözü kimi mənimsənilmişdir.
 1. Acizlik dərd, səbr cəsarət, zahidlik sərvətdir. Günahlardan qaçmaq əzaba qalxandır. Qəzavu qədərə razı olmaq çox gözəl dostdur.
2. Elm qıymətli mirasdır. Ədəb yenilən zinət, fikir isə təmiz bir güzgüdür.
 3. Bir yağ parçasıyla görən, bir ət parçasıyla danışan, bir sümüklə eşidən və bir dəliklə nəfəs alan bu insan necədə təəccüblüdür.
 4. Ən böyük zənginlik ağıl, ən böyük yoxsulluq axmaqlıq, ən qorxulu iş özünü bəyənmə və ən dəyərli üstünlük gözəl əxlaqdır. Axmaqla dostluq etmə o fayda əvəzinə zərər gətirir. Xəsislə dostluq etmə, o ehtiyacını səndən əsirgər. Pis adamla dostluq etmə, o səni dəyərsiz əşya müqabilində satar.Yalançı ilə dostluq etmə, o səni uzağı yaxın, yaxını uzaq göstərər.
 5. Vacib olmayan vaciblərə zərər verirsə onlarla Allaha yaxınlaşmayın.
 6. Axirəti xatırlayıb sorğu sual günü üçün əməl edən, özünə kifayət qədər azuqə toplayan və Allahdan razılıq edən insan necədə xoşbəxtdir.
 7. İffət fəqirliyin zinəti, şükr zənginliyin bəzəyidir.
 8. Məqsədinə çatmayınca qorxu və ümüdsizlikdən uzaq ol. 
 9 .Ağıl tamamlandığı zaman danışıq azalar. 
 10. Kim özünü insanların imamı seçərsə, əvvəlcə özünü tərbiyələndirsin. Sonra dili ilə deyil davranışlarıyla tərbiyələndirsin. Özünün müəllimi olub özünə təlim verən insan, başqasının müəllimi olub onlara təlim verməkdən daha çox sevgi və hörmətə layiqdir. 
 11. Sizə beş şey vəsiyyət edirəm: heç biriniz Allahdan qeyrisinə əl açmasın, günahdan başqa heç bir şeydən qorxmasın, bilmirəm deməkdən utanmasın, bilmədiyini öyrənməkdən qaçmasın və nəhayət səbr. Səbr imanə nisbətdə bədəndə baş kimidir. Başla birlikdə olmayan cəsəddə xeyir olmadığı kimi səbrlə birlikdə olmayan imanda da xeyir yoxdur.
 12. İnsanın damarlarına bağlanmış bu ət parçası çox qəribədir. Onun adı ürəkdir. Əgər onun üçün ümüd doğarsa, tamah onu zəlil edər, qəzəbləndikcə hirsi şiddətlənər, qorxu girərsə qaçar, zənginlikdən azar, yoxluqdan itər, O halda hər qüsur onun üçün zərərlidir.
 13. Allahın əmrini ancaq yaltaq olmayan, rüşvət verməyən və tamaha qapılmayan icra edə bilər.
 14. Nəfsin ram, qazancı təmiz, niyyəti yaxşı və əxlaqı gözəl olan necədə xoşbəxtdir. Artıq malından verən, çox danışmayan, süünəti tətbiq edən və bidətə aidiyatı olmayan da çox xoşbəxtdir.
 15. Namaz Allaha yaxınlaşmaq üçün bir vasitədir. Həcc hər zəifin cihadı, oruc bədənin zəkatıdır.
 16. Ruzinin sədəqə verməklə gəlməsini diləyin.
 17. Ruzi ehtiyaca görə enər.
 18. Qəm və kədər qocalığın yarsıdır.
 19. Səbr müsibət qədər enər. Müsibət zamanı səbrsizin əcri yox olar.
 20. İmanı sədəqə ilə yetişdirin, malınızı zəkat ilə qoruyun, bəlaları isə dualarla dəf edin.
21. Elm maldan xeyirlidir. Elm səni qoruyur malı isə sən qoruyursan. Mal xərcləndikcə azalar, elm isə xərcləndikcə artar. Malın gətirdiyi şöhrət onun qurtarmasıyla sona çatar.
 22. İnsan dilinin altında gizlənmişdir.
 23. Sirrini saxlayanın iradəsi əlində olar.
24. "Eqoizim yüksəlişin qarşısını kəsir”.
 25. Tamah məşəqətli köləlikdir.
 26. Noqsanlığın nəticəsi peşmançılıqdır.Uzaq görənliyin faydası isə rahatlıqdır.
 27. Səbrin xilas etmədiyi şəxsin səbirsizlik məhv edər.
 28. Hər qab dolduqca daralar, ancaq elm qabı dolduqca genişlənər. 
 29. Zarafat edən o anda ağlının yarısını itirir.
 30. İki cür ehtiyac sahibi doymaq bilməz: elm təşnəsivə dünya həvəsi.
 31. Qeybət acizlərin işidir. .Mənim haqqımda iki cür insan həlak olar.İfrata varan dost bə iftira edən münafiq.
 32. Bəzən insanın dərdi tədbirində olar.
 33. Bir çox insan onlar haqqında söylənən təriflərə aldanmışdır.
 34. Allah alimlərdən öyrətmə sözünü almadıqca, cahillərdən öyrəönmə sözünü almaz.
 35. İnsan bilmədiyinin düşmənidir.
 36. Ürək gözlərin kitabıdır.
 37. Allaha üsyan edilməyən hər gün bayramdır.
 38. Elm əməllə birlikdədir. O halda elmi olan əməl edər.
 39. İmtahan etmədən hamıya etibar etmək acizlikdir.
 40. Çox danışanın səhvi çox, səhvi çox olanın həyası az, həyası az olanın təqvası yox olar. Təqvası yox olanın isə qəlbi ölər.
 41. Sözündə, əməlində sayıldığını bilən zərurət olmadan danışmaz.
 42. Elm iki cürdür. Doğuşdan gələn və sonradan qazanılan. Doğuşdan gələn elm olmasa sonradan qazanılan faydalı olmaz.
 43. İnsanın layiq olduğundan artıq tərifləmək yaltaqlıq, layiq olduğundan az tərifləmək isə acizlik və həsəd əlamətidir.
 44. Ən dəhşətli günah günah sahibinin əhəmiyyət vermədiyidir.
 45. Şərq ilə qərb arasındaki məsafə Günəşin bir gün yol getdiyi qədərdir.
 46. Elmə bəhanə axtaranlar hər cür üzr qapısını bağlamışdır.
 47. Bədənin sağlamlığı həsədin azlığı ilə ölçülür.
 48. Hər insanın dəyəri, gözəl əməli qədərdir.
 49. Möminin sevinci üzündə, kədəri isə qəlbindədir.  
 
 
 
 
 
 Nənəmdən eşitdiklərim
 
 

 

Əkbərova Zəminə-6rus  
 
Qanovuz qədim dovrün ən çox işlənən parça məlumatlarındandır. Qanovuzu Mücü kəndində xıv-xıx-ci əsrlərdə toxuyurdular. İki növü qalın və nazik(şahi) toxunub. Nənəm deyir ki, xvııı əsrdə ulu babamın Mücü kəndində toxuculuq sexi olub. Həmin sexdə işlədilən dəzgahlarını o xaricdən gətirmişdir. Ulu babamın adı Qasım olub. Onun yaşadığı məhəllə Mücü kəndində Qasımlı məhəlləsi adlanır. Bu məhəllədə onun altı oğlu, altı oğlunun altı imarəti və hər imarətin alt qatında toxuculuq sexi olub. Oğlanlarından üçüncüsünün adı Abdulrəhman olub. O nənəmin babasıdır. Abdulrəhman babamın dörd oğlu olub ki, onlarda toxuculuqla məşqul olublar. Onlar qanovuzla yanaşı kəlağayılar istehsal ediblər. Nənəm deyir ki, qanovuzla kəlağayı ayrı-ayrı dəzgahlarda toxunurdu. Onlar sapı baramadan özləri istehsal edirdilər. Hazır məmulatı rəngləmək üçün rəngi təbii yolarla alırdılar. Nənəm deyir ki, atası Qara kəlağayılara naxışları özü vururdu. Onlar istehsal etdikləri parçaları özlərinin Basqal bölgəsində olan dükanlarıda satmaqla yanaşı, həm də Azərbaycandan kənara Həştərxanada aparırdılar. Azərbaycanda Sovet höküməti qurulan zamanı mülkədarlara edilən təzyiqlərə görə, onlar məcbur olaraq bütün dəzgahlarını Basqal kəndindəki, kəlağayı karxanasına təhvil veriblər. Hal-hazırda İsmayıllıda toxuculuqla Basqal kəndində məşğul olurlar. Lakin qanovuz parçası istehsal olunmur.

 
 
 
 
 
 

 

Copyright MyCorp © 2024 |